Türkiyə Livanın səfirinə xəbərdarlıq etdi:“Vətəndaşlarımızın təhlükəsizliyini təmin edin!”

Livanın Ankaradakı səfiri Gassan Muallim Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Anadolu agentliyi xəbər verir ki, buna səbəb 8-10 nəfərlik qrupun Türkiyənin Beyrutdakı səfirliyinə qarşı təxribat xarakterli hərəkət etməsi olub. Onlar səfirliyin qarşısına üstündə təxribat xarakterli yazı olan ağ parça açıblar. Bütün bunlar polisin gözü qarşısında baş verib. Hadisə ilə bağlı Türkiyə tərəfinin narahatlığı səfir G.Muallimin diqqətinə çatdırılıb. Tələb edilib ki, Livan tərəfi Türkiyənin bu ölkədəki diplomatik nümayəndəliyinin və bütün vətəndaşlarının təhlükəsizliyini təmin etsin.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Maradona Argentina klubuna baş məşqçi təyin olunub

Sonrakı məqalə

“Fotoxronika”:1992-ci il-