Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşünün vaxtı açıqlandı

Ermənistan-Türkiyə sərhədi

Ermənistan-Türkiyə sərhədi

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin ilk görüşünün vaxtı müəyyənləşib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi “Twitter”də bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin normallaşdırılması prosesinə başlamaq üçün təyin olunan xüsusi nümayəndələrin görüşü yanvarın 14-də Moskvada baş tutacaq.

Qeyd edək ki, Türkiyə XİN də görüşün keçiriləcəyi vaxtı təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir