Türkiyə və Rusiya XİN başçıları Dağlıq Qarabağı müzakirə ediblər

10 Noyabr 2020 - 12:31

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə CNN Türk məlumat yayıb.

XİN başçıları telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.