Türkiyədə 3 deputatın səlahiyyətlərinə xitam verilib.
Bu barədə qərar Türkiyə Böyük Millət Məclisində elan olunub. Qərarda bildirilib ki, barələrində cinayət işi başlamış həmin deputatlar məhkəmənin qərarı ilə həbsə məhkum ediliblər. Türkiyə Ali Məhkəməsi (Yarğıtay) həbs qərarını qüvvədə saxlayıb. Bununla da həmin deputatların statusları ləğv edilib.
Qərara əsasən, Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat seçilən Enis Berberoğlu, Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Leyla Güven və Musa Farisioğullarının səlahiyyətlərinə xitam verilib.
Deputat səlahiyyətinə xitam verilən 3 nəfərdən biri – Musa Farisioğlu həbs olunub.
Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Musa Farisioğulları Ankaraya gedərkən Diyarbəkirdə saxlanılaraq Polis İdarəsinə aparılıb.