Türkiyədə daha 1372 nəfər koronavirusa yoluxub-

17 nəfər isə bu virusdan ölüb
27 İyun 2020 - 22:15

Türkiyədə yeni növ koronavirus infeksiyasından (COVID-19) daha 17 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 45 213 şübhəli koronavirus testindən keçib, onlardan 1372-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1984 xəstə sağalıb.

Türkiyədə indiyədək 195 883 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5082 nəfər ölüb, 169 182 nəfər isə müalicə olunaraq sağalıb.