Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb

25 İyun 2020 - 22:40

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 52 303 şübhəli koronavirus testindən keçib, onlardan 1458-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1472 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 5046 nəfər ölüb, 193 115 nəfər bu infeksiyaya yoluxub, 165 706 nəfər isə müalicə olunub.