Türkiyədə FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 44 hərbçi saxlanılıb

14 Oktyabr 2020 - 20:45

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ/PDY terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkənin 15 vilayətində paralel keçirilən əməliyyatlar zamanı TSK-nın terror təşkilatları ilə əlaqə saxlamaqda şübhəli bilinən 47 üzvündən 44-ü saxlanılıb.

Digər şübhəli şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.