Türkiyədə güclü zəlzələ olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi xəbərə görə, zəlzələ Egey dənizi sahilindəki Manisa şəhərində yerli vaxtla 10.21-də yerin 9,29 kilometr dərinliyində qeydə alınıb. 5,5 maqnitudalı zəlzələ İstanbul və İzmir şəhərlərində də hiss edilib.
Manisa valisi bildirib ki, dağıntı və itkilərlə bağlı araşdırma aparılır. (APA)