Türkiyədə istehsal olunan süni ürək ABŞ-da təqdim olunub –

FOTO
21 Noyabr 2019 - 11:16

Türkiyədə istehsal olunan süni ürək cihazı Amerika Birlәşmiş Ştatlarında nümayiş etdirilib.

“İNVAMED and RD Global” markalı cihazı türk həkimlər Nyu-Yorkda keçirilən “VEITH Symposium 2019” tәqdim ediblər.

“Türkiyə hər ötәn gün daha önәmli addımlara imza atır. Hazırda dünya Türkiyənin istehsal etdiyi süni ürək cihazını müzakirә edir”. Bunu Sәhiyyә Federasiyasının prezidenti Rəşid Dinç Nyu-Yorkda keçirilən cərrahiyyə simpoziumu ilə bağlı açıqlamasında qeyd edib.

R.Dinç bildirib ki, Türkiyədə istehsal edilәn tibbi cihaz simpoziuma öz damğasını vurub.

Qardaş ölkədə çox әhәmiyyәtli tibbi cihazların istehsal edildiyini deyən R.Dinç, 60-dan çox ölkəyə ixracatın həyata keçirildiyini vurğulayıb. 2020-ci ildә ABŞ-a da ixrac reallaşdıracağıq. Simpozium vasitəsilə 100-dən çox ölkənin nümayәndәsi bu cihazlarla tanış olub”, – deyə, federasiya prezidenti əlavə edib.

Qeyd edək ki, mötəbər tədbirdə dünyanın müxtәlif ölkələrindən 4500 nəfərədək tibb sahəsinin mütəxəssisi iştirak edib.