Türkiyədə partlayış olub

- Ölənlər və yaralananlar var
09 Dekabr 2019 - 15:16

Türkiyənin Şırnak şəhərinin İdil qəsəbəsində bomba partlayıb.

APA-nın “AA”ya istinadən verdiyi xəbərə görə, PKK terrorçuları tərəfindən yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 nəfər ölüb , 7 nəfər yaralanıb.

Hadisə təhlükəsizlik qüvvələri bombanı zərərsizləşdirməyə çalışarkən baş verib.

Verilən rəsmi məlumatlara görə, şəhərdə terrorla mübarizəyə qarşı əməliyyatlar davam etdirilir.