Türkiyədə polis əməliyyatı:

Bağdadinin şəxsi aşpazı saxlanıldı
01 Noyabr 2019 - 16:56

Türkiyənin Çankırı vilayətində İŞİD terror təşkilatına qarşı növbəti polis əməliyyatı keçirilib.

Trend-in məlumatına görə, əməliyyat zamanı 12 nəfər saxlanılıb.

Saxlanan şəxslər arasında bir müddət əvvəl zərərsizləşdirilmiş İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadinin şəxsi aşpazı da var.

Bütün saxlananların İraq vətəndaşı olduğu deyilir. Digər təfərrüatlar barədə məlumat verilməyib.