Türkiyədə son sutkada koronavirusdan 194 nəfər ölüb

05 Yanvar 2021 - 23:59

Yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən son sutka ərzində Türkiyədə 194 nəfər ölüb, 1477 nəfər xəstəxanaya yerləşdirilib.

Yanvarın 5-də Türkiyə üzrə 183 min 413 nəfər testdən keçirilib. Onlardan 14 min 494 nəfərində virus əlaməti aşkarlanıb.

İndiyədək ümumilikdə 25 milyon 315 min 565 nəfər testdən keçirilib. Onlardan 2 milyon 270 min 101 nəfərində infeksiya aşkarlanıb. Koronavirusdan ölənlərin sayı 21 min 879 nəfərə çatıb, 2 milyon 155 min 338 nəfər xəstəlikdən sağalıb. Hazırda 3410 şəxs reanimasiyadadır.