Türkiyənin Diyarbəkir vilayətində Kulp və Muş şəhərləri arasındakı magistral yolda yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
Azpost.info Azərtac-a istinadən xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Məlumatda terrorun PKK tərəfindən törədildiyi bildirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçuların tapılması üçün bütün imkanların səfərbər ediləcəyini bildirib.