Türkiyədə xilasetmə işləri yekunlaşıb

- Zəlzələdə ölənlərin sayı 41-ə çatıb
27 Yanvar 2020 - 16:47

Türkiyədə dağıntılar altında qalmış sonuncu şəxsin də meyiti çıxarılıb.

APA-nın məlumatına görə, zəlzələdə ölənlərin sayı 41-ə çatıb. Bununla da, axtarış-xilasetmə işləri yekunlaşıb.

Təbii fəlakət nəticəsində Elazığda 37, Malatyada isə 4 nəfər ölüb.

Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb, 45 nəfər dağıntılar altından sağ çıxarılıb.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.