Türkiyədə yenidən zəlzələ olub

- 3.9 bal gücündə
23 Yanvar 2020 - 13:26

Türkiyənin Manisa şəhərində növbəti güclü zəlzələ olub.

“Report” İHA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar 3.9 bal gücündə olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Manisa şəhərində 3 baldan güclü zəlzələ qeydə alınıb. Həmçinin Egey bölgəsi və Ankarada da zəlzələ olub.