“İndiyə qədər Türkiyədən 370 min nəfər qaçqın könüllü şəkildə Suriyada yaradılmış təhlükəsiz zonaya qayıdıb”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının nazirlər toplantısında çıxış edərkən deyib.
Ərdoğan bildirib ki, Suriyanın Rəsulayn və Telabyad bölgələrində 1 milyon nəfərin məskunlaşması üçün tikintiyə başlamaq üçün hazırlıqlar görülür. (APA)