Rusiyanın Türkiyədəki səfirliyi boğazların bağlanması barədə hər hansı bildiriş almayıb.
Azpost.info bildirir ki, bu barədə RİA-ya diplomatik nümayəndəlikdən bildiriblər.
“Türkiyə tərəfdən boğazların rus hərbi gəmiləri üçün bağlanması ilə bağlı hər hansı rəsmi bildiriş almayıb”.
Qeyd edək ki, Ukrayna prezidenti Zelenski bu gün yazdığı tvitdə Ərdoğanla danışığında Qara dənizdə boğazların bağlandığına görə təşəkkür edib.