“Türkiyəni Qarabağ məsələsində beynəlxalq hüququ pozmaqda ittiham etmək çox çətindir” –

PUTİN
17 Noyabr 2020 - 22:59

“Türkiyəni Dağlıq Qarabağ məsələsində beynəlxalq hüququ pozmaqda ittiham etmək çox çətindir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin “Rossiya24” telekanalına müsahibəsində deyib.

Putinin sözlərinə görə, Türkiyə Qarabağda Azərbaycanı dəstəklədiyini heç vaxt gizlətməyib.

“Türkiyə birtərəfli qaydada həmişə Azərbaycanı dəstəkləyib. Bu, SSRİ-nin dağılmasının geopolitik nəticəsidir. Bu tamamilə konkret faktdır və biz onun şahidiyik”- deyə Putin vurğulayıb.