“Türkiyənin aldığı S-400-lər heç vaxt NATO sisteminə inteqrasiya edilə bilməz” –

NATO Baş katibi
04 Dekabr 2019 - 19:05

NATO baş katibi Yens Stoltenberq Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasından sonra yaranmış vəziyyətə aydınlıq gətirib.

APA-nın NATO-nun sammitində iştirak üçün akkreditə olunmuş London müxbirinin xəbərinə görə, NATO-nun baş katibi sammitdən sonra keçirilən mətbuat konfransında deyib ki, Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi NATO sisteminə inteqrasiya edilə bilməz.

“Türkiyənin Rusiyadan aldığı S-400-lər heç vaxt NATO sisteminə inteqrasiya edilə bilməz”, – deyə NATO baş katibi qeyd edib.