Türkiyənin Müdafiə naziri:

“F-35”ləri ala bilməsək, alternativ yollara baş vuracağıq”
23 Noyabr 2019 - 11:17

“S-400 zenit raket kompleksinin yerinə “Patriot” raket sistemi almaq istədik, amma bu mümkün olmadı. Belə olan təqdirdə isə, biz S-400-ü almalı olduq”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“F-35” qırıcı təyyarələri ölkəmizin müdafiəsi və təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Əgər “F-35” qırıcı təyyarələrini ala bilməsək, təbii ki, alternativ yollara baş vurmaq məcburiyyətində qalacağıq”, – deyə türkiyəli nazir vurğulayıb.