Türkiyənin sabiq baş naziri Məsut Yılmazın vəziyyəti pisləşib –Komaya düşüb

Türkiyənin keçmiş baş naziri Məsut Yılmazın beyin əməliyyatından sonra vəziyyətinin pisləşməsi, hətta həyatını itirməsi ilə bağlı xəbərlər yayılıb.

Bu barədə məlumatı Türkiyə mətbuatı yazar İsmet Orhana istinadən yayıb.

Həkimlər isə keçmik Baş Nazirin beyninin funksiyasını tamaməm itirdiyini, buna baxmayaraq həyatdan tam köçmədiyini bildiriblər. 

Məsut Yılmaz 1947-ci il, noyabrın 6-da İstanbulda anadan olub. İlk dəfə 1983-cü ildə ANAP pariyasından TBMM-yə seçilib. 1986-1990-cı illər arasında Turqut Özalın qurduğu hökumətlərdə Xarici işlər naziri, sonra Mədəniyyət və turizm naziri təyin edilib.
ANAP sədri Yıldırım Akbulutun istefasının ardından 1991-ci ildə keçirilən qurultayda yeni sədr seçilən Yılmaz baş nazir olub. 1995-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdən sonra qurulan koalisiya hökumətində baş nazir təyin edilib. 1997-1999-cu illər arasında baş nazir vəzifəsində çalışıb. (Rupor)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev:

Sonrakı məqalə

“Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək” –