Türkiyənin tanınmış siyasi xadimi Əhməd Tekdal vəfat edib

1591091921667_0u2NVMdL

Türkiyənin tanınmış siyasi xadimi, sabiq millət vəkili Əhməd Tekdal 89 yaşında vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ə. Tekdal Ankarada müalicə olunduğu özəl xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, qapadılan “Rifah” partiyasının qurucularından hesab edilən Ə. Tekdal bir müddət partiyanın sədri olub.

Nəcməddin Ərbəkanın yaxın tərəfdaşı kimi tanınan Ə. Tekdal “Səadət” Partiyasının da İdarə Heyətində təmsil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir