Türkiyə 6 ay Rusiyaya yumurta göndərəcək- AÇIQLAMA

yumurta qıtlığı
yumurta qıtlığı

“Türkiyə altı ay ərzində Rusiyaya lazımi həcmdə yumurta tədarük etməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə Yumurta İstehsalçıları Birliyinin rəhbəri İbrahim Afyon bildirib.

“Türkiyə tərəfdən məhsul partiyası Rusiyaya yanvarın 3-də gəlib və 2024-cü il yanvarın 1-dən Rusiya Nazirlər Kabineti 1,2 milyard ədəd toyuq yumurtasının rüsumsuz idxalına icazə verib. Təchizatımızın dəqiq həcmini deyə bilmərəm, çünki bu, ehtiyacdan asılıdır. Qəbul edən tərəfin istədiyi həcmdə altı ay müddətinə çatdırılma razılaşdırılıb”, – o qeyd edib.

Afyon əlavə edib ki, Türkiyə Rusiyanın tələbatını istənilən həcmdə ödəməyə hazırdır. Eyni zamanda, yumurta tədarükü ilə bağlı danışıqlarda heç bir problem yoxdur.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.