“Türkiyə Bağdadinin öldürülməsində bizə çox böyük dəstək verib”- Tramp

“ABŞ və Türkiyə arasında yaxşı əlaqələr var. Biz uzun müddət onların sərhədində qaldıq, artıq ordan çəkilmişik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp Londonda NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib. 

ABŞ Prezidenti bildirib ki, Türkiyə Əbubəkr əl-Bağdadinin öldürülməsində onlara çox böyük dəstək verib.

NATO baş katibi də Türkiyənin önəmli müttəfiq olduğunu, İŞİD-lə mübarizədə çox əhəmiyyətli rol oynadığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Ermənistanın danışıqlara başlayacağı gözlənilir

Sonrakı məqalə

Ərdoğan: