“Türkiyə bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı olduğunu bəyan edir”- Türkiyə parlamentinin sədri

“Türkiyə Ermənistanın Dağlıq Qarabağı işğalını həmişə rədd edib və rədd edir”.

APA-nın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

Şentop deyib ki, Türkiyə bütün beynəlxalq platformalarda Ermənistanın Azərbaycanın torpaqlarında işğalçı olduğunu bəyan edir: “Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, Azərbaycanın torpaq bütövlüyü, suverenliyi çərçivəsində həllinin vacib olduğunu hər zaman bildiririk. Dünyanın bu məsələdə müşahidəçi qalmasını, erməni diasporunun lobbiçilik fəaliyyəti ilə qərarlar qəbul edən Avropa ölkələrinin mövqeyini də təəssüflə qarşılayırıq. Onların çox yaxın zamanda baş vermiş Xocalı soyqırımına səssiz qalmaları, bu soyqırımı unutmuş olmaları çox təəssüf doğurur, qınanmalıdır. Əgər biz dünyada soyqırımlar məsələsində obyektiv, qəti mövqe ortaya qoymasaq, ikili standartlardan çıxış etsək, dünyada sülhün bərqərar edilməsi mümkün olmaz. Bu baxımdan biz dünya ölkələrinin Dağlıq Qarabağda erməni işğalına diqqətini çəkmək istəyirik. Buna görə də bütün beynəlxalq platformalarda mövqeyimizi ortaya qoyuruq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Türkiyə Böyük Millət Məclisinin Sədrini qəbul edib

Sonrakı məqalə

Bakı və Abşeronda bayram yarmarkaları keçiriləcək