Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluğunu qorumaq istəyir –Ərdoğan

Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq münasibətlərini qorumaq istəyir və bunun üçün hər cür səy göstərir.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Türkiyə ilə ABŞ arasındakı məsələlərin qarşılıqlı hörmət və milli maraqları nəzərə alaraq həll edilməsi üçün səy göstərir: “Türkiyə ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərini almağa hazır olduğunu bəyan edib. Lakin Ankara S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasından tamamilə imtina etmək təklifini suveren hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dini liderlərin Bakı sammiti tolerantlığın nümayişidir –

Sonrakı məqalə

Ermənistan gecə snayper tüfəngləri ilə atəşkəsi pozub