Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıdadır

21.11.2019 · 15:58 · Sosial

Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahını ziyarət edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.