Türkiyə-İran sərhədində zəlzələ olub- Naxçıvanda da hiss olunub

Türkiyə-İran sərhədində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 04:14-də Naxçıvan stansiyasından 125 km cənub-qərbdə, Türkiyə-İran sərhədində qeydə alınıb. Zəlzələnin maqnitudası 5.0, dərinliyi 44 km olub.

Zəlzələ Naxçıvan MR-nın cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İntellektual təmas önəmlidir”

Sonrakı məqalə

Uşaqların zərərli informasiyadan qorunması…