“Türkiyə pandemiya başlayandan 125 ölkəyə dəstək verib”- Çavuşoğlu

“Pandemiya başlayandan indiyə qədər Türkiyə 125 ölkəyə dəstək verib”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu fikirləri “Pandemiya zamanı qaçqınların və yurdlarından didərgin düşən digər insanların vəziyyəti” adlı beynəlxalq telekonfransda bildirib.

Nazir bu dəstəklərin davam edəcəyini deyib.

Yaşanan böhranda qaçqınların ən həssas qrupa daxil olduğunu vurğulayan Çavuşoğlu Türkiyə tərəfindən bu insanların problemlərinin G20 dövlətlərinin, Meksika-İndonezya-Cənubi Koreya-Türkiye-Avstriya (MIKTA), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Türk Şurası kimi beynəlxalq təşkilatların toplantılarında səsləndirildiyini deyib.

Çavuşoğlu bu məsələdə bütün dünyanı həmrəy olmağa səsləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xalq artisti Afaq Bəşirqızının oğlu vəzifəyə təyin olunub

Sonrakı məqalə

“Sağlam təhsil” layihəsi üzrə 34 məktəbdə 49 birinci sinif yaradılacaq