Türkiyə səfiri:"Prezident Ərdoğan Azərbaycana səfər edəcək"

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

Səfir qeyd edib ki, R. T. Ərdoğanın bu ay Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfəri planlaşdırılır.

Qeyd edək ki, Türk Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Ermənistana gəldi –

Sonrakı məqalə

Prezident Gənclər Fonduna 4 milyon manat ayırdı –