Türkiyə və Fransa AVRO-2020-yə vəsiqəni təmin edib

AVRO-2020-nin seçmə mərhələsində IX tur başlayıb.

Azpost.info APA-ya istinadən bildirir ki, turun ilk qarşılaşması Türkiyənin İstanbul şəhərində baş tutub.

H qrupunda mübarizə aparan qonşu ölkənin əsas yığması İslandiyanı sınağa çəkib. Qrupun lideri olan “ay-ulduzlular”ın üstünlüyün şəraitində keçən matçda qol vurulmayıb.

Bu qolsuz heç-heçə Şenol Günəşin yetirmələrinə final mərhələsinə vəsiqə qazandırıb. Xal hesabını 20-yə çatdıran Türkiyə 3-cü pillədəki İslandiya ilə dörd xallıq fərqi qoruyub.

Bu, günün digər iki qarşılaşması, həmçinin son turun nəticələrindən asılı olmayaraq “ay-ulduzlular”a ilk iki yerdən birini, həmçinin AVRO-2020-yə vəsiqəni təmin etmək imkanı yaradıb. İslandiyanın xal itkisi türkiyəlilərlə yanaşı, Fransa üçün də sərfəli olub. Son dünya çempionları 3 xal qabaqladıqları və şəxsi oyunlarda üstələdikləri (1:0, 4:0) İslandiya üçün əlçatmaz olublar.

Qeyd edək ki, Türkiyə və Fransaya qədər 6 komanda – Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya və İtaliya da final mərhələsinə yüksəlmişdi.

AVRO-2020-nin seçmə mərhələsi
IX tur
14 noyabr
H qrupu
21:00. Türkiyə – İslandiya – 0:0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da yeniyetmə məktəbdə 6 nəfəri güllələyib

Sonrakı məqalə

Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib –