Türkiyə və Rusiya Suriyada birgə patrul xidməti aparacaq –Ərdoğan və Putin anlaşdı

“150 saat ərzində Suriyada kürd terror qruplaşmaları 30 kilometrlik zonanın xaricinə çəkiləcəklər”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi danışıqların yekununa dair birgə mətbuat konfransında bildirib.

“150 saat ərzində kürd terror qruplaşmaları 30 kilometrlik zonanın xaricinə çəkiləcəklər. Bu vaxtın hesablanması 23 oktyabr saat 12:00-dan başlayacaq. 150 saat vaxt bitəndən sonra “Barış bulağı” əməliyyatının keçirildiyi yerdən qərbdə və şimalda Türkiyə-Rusiya birgə patrul xidmətinə başlanılacaq”-deyə Türkiyə prezidenti vurğulayıb.
Ərdoğanın sözlərinə görə, Suriya ərazisində Türkiyə-Rusiya birgə patrul xidməti Türkiyə sərhədindən 10 kilometr dərinlikdə aparılacaq. (APA)

Putin bildirib ki, “Türkiyə prezidenti ilə danışıqlarımız Suriya ilə bağlı həyati əhəmiyyətli qərarların qəbul etməsini təmin edib”.

Rusiya liderinin sözlərinə görə, Ərdoğan ona Türkiyənin Suriyadakı əməliyyatının məqsədi və vəzifəsi barədə ətraflı izahat verib. Putin onu da bildirib ki, Türkiyə Rusiyanın Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasının vacibliyi ilə bağlı yanaşmasını bölüşür: “Vacibdir ki, Türkiyə Silahli Qüvvələrinin Suriyadakı fəaliyyətindən terrorçular istifadə etməsinlər”.

Putin Suriyanın xarici hərbi qüvvələrdən azad olunmasının vacibliyini də söyləyib.

Suriya ərazisindəki vəziyyətdən danışan Rusiya lideri oradakı separatçı əhval ruhiyyənin kənardan qızışdırıldığını vurğulayıb: “Bu regionda terrorçuluq təhlükəsinin artması və  etnokonfessional ziddiyyətlərin artması ilə əlaqədar Türkiyə tərəfinin narahatlığını bölüşürük”.

Putin bildirib ki, Suriyadakı vəziyyət Konstitusiya komitəsinin işinə başlamasına mane olmamalıdır.

Qeyd edək ki, bu gün Soçidə Rusiya və Türkiyə prezidentləri arasında Suriya münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar keçirilib. Altı saatdan çox davam edən danışıqların yekununda dövlət başçıları mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında danışıqların yekunu ilə bağlı Memorandumun imzalandığı da bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır” –

Sonrakı məqalə

ABŞ səfirliyi Bəyanat verdi: