Türkiyə vətəndaşı 15 manat borca görə bıçaqlandı –Binəqədidə

Bakıda xarici ölkə vətəndaşı bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 2 ünvanında baş verib. Türkiyə vətəndaşı, 1989-u il təvəllüdlü Sərxan Güçlü Fehmi oğlu Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Mirzəxanov Ruslan Afət oğlu ilə mübahisə edib.

Mübahisə R.Mirzəxanovun Sərxan Gülçüyə olan 15 manat borcunu verməməsi üstündə baş verib. Mübahisə nəticəsində R.Mirzəxanov Sərxan Gülçünü bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi snayper tüfəngləri ilə pozub

Sonrakı məqalə

Futbol tarixinin rəmzi komandası açıqlandı –