Türkiyə yığmasının sabiq baş məşqçisi Özkan Sümer vəfat edib

Türkiyə futbolu ağır itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, ölkə futbolunun tarixi şəxsiyyətlərindən sayılan Özkan Sümer vəfat edib.

Türkiyə millisinin sabiq baş məşqçisi uzun sürən xəstəlikdən sonra 80 yaşında müalicə aldığı xəstəxanada vəfat edib. Xərçəngdən əziyyət çəkən Sümer bu gün dəfn olunacaq.

“Konyaspor”, “Qalatasaray”, “Dənizlispor”, “Malatyaspor”, “Samsunspor” və “Petrol Ofisi” kimi klublarda çalışmış Özkan Sümer “Trabzonspor” əfsanəsi sayılır. O, “bordo-mavili” klubda həm futbolçu, həm baş məşqçi, həm aşağı yaş qrupu üzrə koordinator, həm də prezident kimi fəaliyyət göstərib. Sümer baş məşqçi kimi “Trabzonspor”a Türkiyə çempionluğunu qazandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

Dövlət Komitəsinə yeni mətbuat katibi təyin edilib