Türkiyədə 3 deputatın səlahiyyətlərinə xitam verilib

Türkiyədə 3 deputatın səlahiyyətlərinə xitam verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə qərar Türkiyə Böyük Millət Məclisində elan olunub. Qərarda bildirilib ki, barələrində cinayət işi başlamış həmin deputatlar məhkəmənin qərarı ilə həbsə məhkum ediliblər. Türkiyə Ali Məhkəməsi (Yarğıtay) həbs qərarını qüvvədə saxlayıb. Bununla da həmin deputatların statusları ləğv edilib.

Qərara əsasən, Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat seçilən Enis Berberoğlu, Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Leyla Güven və Musa Farisioğullarının səlahiyyətlərinə xitam verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Komitəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Sonrakı məqalə

Şeyxulislam nə üçün hədəfə alınıb?