Türkiyədə 4,2 bal gücündə daha bir zələzələ oldu

Dekabrın 27-də Türkiyə ərazisində daha bir zəlzələ qeydə alınıb.

Aralıq dənizinin Türkiyənin Muğla şəhərinə yaxın bölgəsində yerli vaxtla saat 10:13-də 4,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların episentrinin dənizdə 6,72 kilometr dərinlikdə olduğu bildirilir.

Zəlzələnin təsiri barədə hələlik məlumat yoxdur.

Bu, gün ərzində Türkiyədə qeydə alınan ikinci zəlzələdir. Yerli vaxtla saat 9.37-də Elazığ şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə naziri Qarabağda əsgərləri isti yemək və məişət xidmətləri ilə təmin edəcək modul komplekslərə baxıb

Sonrakı məqalə

Sabaha olan hava proqnozu