Türkiyədə Blinkenə ABŞ-ın F-16-larla bağlı vədini xatırladıblar

Türkiyə Birləşmiş Ştatların F-16 qırıcıları almaq üçün razılaşmanı yekunlaşdıracağını gözləyir.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə bugünkü görüşündə bildirib.

Ankara bundan əvvəl Vaşinqtondan 40 belə təyyarə istəyib. Belə bir tələbin yerinə yetirilməsi Türkiyənin İsveçi NATO-ya qəbul etməsi müqabilində bəzi konqresmenlər üçün sövdələşmə predmetinə çevrilib.

“Blinkenin diqqətinə çatdırdıq ki, Türkiyə F-16 satınalma prosesinin tamamlanmasını gözləyirik”, – Ankaradakı mənbə bildirib.

Azpost.info

Əvvəlki məqalə

Bakıda vətəndaşların hərəkətinə təhlükə yaradan sürücü cəzalandırılıb

Sonrakı məqalə

Əməkdar artist Aygün Bəylər vəfat edib