Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 52 303 şübhəli koronavirus testindən keçib, onlardan 1458-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1472 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 5046 nəfər ölüb, 193 115 nəfər bu infeksiyaya yoluxub, 165 706 nəfər isə müalicə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvan Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib

Sonrakı məqalə

Magistraturaya qəbulun nəticələri elan olunub