Türkiyədə PKK-nı dəstəkləyən 42 nəfər saxlanılıb

Türkiyənin Diyarbəkirlə yanaşı, daha 6 vilayətində keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində PKK terror təşkilatına üzv olmaq və ona dəstək verməkdə şübhəli bilinən 42 nəfər saxlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, saxlanılanlar arasında Xalqların Demokratik Partiyasının (HDP) üzvləri və keçmiş bələdiyyə sədrləri də var.

Polis şübhəlilərin toplandığı Demokratik Toplum Konqresinin qapısı möhürləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Partiya sədri:

Sonrakı məqalə

AZAL Bakı-İstanbul-Bakı reysinə bilet satışına başlayıb