Türkiyədə polis əməliyyatı:Bağdadinin şəxsi aşpazı saxlanıldı

Türkiyənin Çankırı vilayətində İŞİD terror təşkilatına qarşı növbəti polis əməliyyatı keçirilib.

Trend-in məlumatına görə, əməliyyat zamanı 12 nəfər saxlanılıb.

Saxlanan şəxslər arasında bir müddət əvvəl zərərsizləşdirilmiş İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadinin şəxsi aşpazı da var.

Bütün saxlananların İraq vətəndaşı olduğu deyilir. Digər təfərrüatlar barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan XİN:

Sonrakı məqalə

Azərbaycanda bu universitet öz kriptovalyutasını buraxa bilər