Türkiyədə son sutkada koronavirusdan 194 nəfər ölüb

Yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən son sutka ərzində Türkiyədə 194 nəfər ölüb, 1477 nəfər xəstəxanaya yerləşdirilib.

Yanvarın 5-də Türkiyə üzrə 183 min 413 nəfər testdən keçirilib. Onlardan 14 min 494 nəfərində virus əlaməti aşkarlanıb.

İndiyədək ümumilikdə 25 milyon 315 min 565 nəfər testdən keçirilib. Onlardan 2 milyon 270 min 101 nəfərində infeksiya aşkarlanıb. Koronavirusdan ölənlərin sayı 21 min 879 nəfərə çatıb, 2 milyon 155 min 338 nəfər xəstəlikdən sağalıb. Hazırda 3410 şəxs reanimasiyadadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistanın XİN rəhbərinin Qarabağ bölgəsinə qanunsuz səfəri üçtərəfli Bəyanata ziddir” –

Sonrakı məqalə

Media sahəsində geniş islahatlara start verilir –