Türkiyədə xilasetmə işləri yekunlaşıb- Zəlzələdə ölənlərin sayı 41-ə çatıb

Türkiyədə dağıntılar altında qalmış sonuncu şəxsin də meyiti çıxarılıb.

APA-nın məlumatına görə, zəlzələdə ölənlərin sayı 41-ə çatıb. Bununla da, axtarış-xilasetmə işləri yekunlaşıb.

Təbii fəlakət nəticəsində Elazığda 37, Malatyada isə 4 nəfər ölüb.

Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb, 45 nəfər dağıntılar altından sağ çıxarılıb.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Turistlərin düşdüyü qəza ilə bağlı avtobus sürücüsü saxlanılıb

Sonrakı məqalə

“Əhəmiyyət kəsb edən səviyyədə narazılıq yaradan pozuntular yoxdur”