Türkiyədə zəlzələ olub

23.01.2022 · 01:05 · Sosial

Türkiyənin Balıkesir vilayətinin Dursunbey rayonunda 4,7 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 22:31-də meydana gələn yeraltı təkanların episentri yerin 11,49 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ İstanbul və Bursa vilayətlərində də hiss edilib.

Zəlzələnin fəsadları ilə bağlı hələ ki, məlumat yoxdur.