“Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr Naxçıvana aparılacaq”- Səfirlik

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyəsinə başlanılıb”.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Elazığ və Malatyada təhsil alan Azərbaycan vətəndaşları olan tələbələr məlumatlandırılıb və onların təxliyəsi üçün avtobuslar ayrılıb.

M.Məmmədiov bildirib ki, yalnız tələbələr deyil, zəlzələ ərazisində yaşayan Azərbaycan vətəndaşları da bu avtobus xidmətindən istifadə edə biləcək.

“Hazırda bir avtobus Elazığa yaxınlaşmaqdadır. Tələbələr Malatya və Elazığdan Naxçıvana aparılacaq. Sənədləri qaydasında olmayan vətəndaşlarımıza Qars Baş konsulluğu tərəfindən yardım göstəriləcək”, – deyə o qeyd edib.

M.Məmmədov vurğulayıb ki, tələbələr arasında zəlzələdən zərərçəkən olmayıb və tələbələrin geri qayıtması Türkiyə dövlətinin müvafiq məlumatından sonra mümkün olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Valideynlər it dişləməsindən sonra uşağa az iynə vurdurublar”

Sonrakı məqalə

ABŞ Fars Xəbər Agentliyini qara siyahıya salıb