Türkiyənin Manisa şəhərində bir gündə iki zəlzələ olub

Türkiyə vaxtı ilə saat 23:10-da Manisa şəhərində ikinci dəfə Rixter şkalası üzrə 4,7 bal gücündə zəlzələ olub.

APA-nın Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadla verdiyi məlumata görə, episentri Akhisar rayonunda olan zəlzələ yerin 5.08 kilometr dərinliyində qeydə alınıb.

Təkanlar İzmirdə də hiss edilib.

Qeyd edək ki, yanvarın 22-də Akhisarda 5,4, bu gün isə günorta saatlarında Manisanın Kırkağac rayonunda 4,8 maqnitudada zəlzələ baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mahmud Abbas Trampın Fələstinlə bağlı planını “sui-qəsd” adlandırdı:

Sonrakı məqalə

Azərbaycanda tələbələr nə qədər təqaüd alır?