Türkiyənin Polşadakı Səfirliyinə “molotov kokteyli” atılıb

Türkiyənin Polşadakı diplomatik nümayəndəliyinin binasına hücum edilib.

“CNN-Türk”ün xəbərinə görə, bu gün yerli vaxtla saat 13.40-da Polşanın paytaxtı Varşava şəhərində yerləşən səfirlik binasının əməkdaşlarına hücum edilib və konsulluğun girişinə 3 ədəd “molotov kokteyli” atılıb.

Səfirliyin mühafizəsinə cavabdeh olan polis əməkdaşları hücum edən şəxsi yaxalayaraq zərərsizləşdiriblər. Hücumdan sonra çox sayda polis əməkdaşları səfirlik binasının yerləşdiyi əraziyə cəlb edilib. Hadisə yerində araşdırmaya başlanılıb.

Varşava polisi səfirlik binasındakı kamera qeydlərini araşdırıb. Hücum edənin 30 yaşlı kişi olduğu müəyyən edilib. Kimliyi açıqlanmayan həmin şəxs Varşava Polis İdarəsində dindirilir.

Hadisə zamanı xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir –

Sonrakı məqalə

Prezident İlham Əliyevin Rusiyanın Sankt-Peterburqa səfəri başa çatıb