Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Türkiyədə “Azərbaycan Kino günləri” başlanıb

User 07 May 2026 - 12:13 (Last updated: 07 May 2026 - 12:15)
kino

Türkiyənin İzmir şəhərinin Ege Universitetində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Beynəlxalq Turan Film Festivalı çərçivəsində “Azərbaycan kino günləri”nin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimindən öncə Beynəlxalq Turan Film Festivalının münsiflər heyətinin müəyyənləşdiyi və Azərbaycan tərəfdən də ARKA direktorunun köməkçisi, “Azərbaycanfilm” Kinostudiyasının direktor müavini vəzifəsini icra edən Rüfət Qarazadənin bu quruma üzv seçildiyi qeyd edilib.

Sonra Türkiyənin Turan Film Festivalının baş koordinatoru, Ege Universitetinin prorektoru, professor Mehmet Ersan mərasimi açaraq bu nüfuzlu festivalda “Azərbaycan kino günləri”nin keçirilməsinin qardaş Azərbaycanda yeni çəkilmiş filmlərin Türkiyədə və bütün Türk dünyasında tanıdılması məqsədilə təşkil olunduğunu bildirib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Azərbaycan kino günləri”nin mədəniyyətimizin təbliği, ölkəmizin tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktor köməkçisi, “Azərbaycanfilm” Kinostudiyasının direktor müavini vəzifəsini icra edən Rüfət Qarazadə “Azərbaycan Kino günləri” və bu tədbirin ilk günündə nümayiş olunacaq “Nargin: Sona qədər sirli” filmi barədə məlumatları təfsilatı ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb. R.Qarazadə onu da bildirib ki, “Azərbaycan Kino günləri” layihəsi çərçivəsində nümayiş olunacaq yeni Azərbaycan filmləri milli kino məktəbinin müasir inkişafı, kino istehsalına yaradıcı yanaşmalar və bədii-estetik axtarışlar baxımından  dəyərli nümunələrdir.

Açılış mərasimi “Nargin: Sona qədər sirli” filminin nümayişi ilə davam etdirilib.

May ayının 8-dək davam edəcək layihə çərçivəsində yeni Azərbaycan filmləri Türkiyənin İzmir və Bursa şəhərlərində tamaşaçılara təqdim olunacaq.

Azpost.info

 

 

 

AzPost.az

Post navigation

Previous: Mənzildə Wi-Fi siqnalını necə gücləndirmək olar?
Next: Moskva üzərində 28 Ukrayna PUA-sı vurulub

Oxşar xəbərlər

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23

xƏBƏR

rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
Avropa təhlükəsizlik sistemi mövzusu Əbu-Dabidə danışıqların əsas mövzusuna çevrilib. Bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib. O,...
Read more about Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?
Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı

User 11 Noyabr 2026 - 14:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.