Türkiyə məktəblərində ibtidai siniflərin bu gündən dərsləri başlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Təhsil naziri Ziya Səlcuq bildirib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar 13 martdan bağlanan məktəblərdə ancaq ibtidai siniflərin dərsləri başlayıb.
Onun sözlərinə görə, şagird sayı çox olan siniflərdə təhsilalanlar iki və ya üç qrupa bölünəcək və hər gün bir qrupa növbəli dərs tədris olunacaq.