Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək

22 Oktyabr 2019 - 11:20

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək. 

Türkmənistan Dövlət İnformasiya Agentliyinin (TDX) verdiyi xəbərə görə, səfər zamanı Q. Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə qatılacaq.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək. (APA)