Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Tut yemədim doyunca…” –

User 12 Dekabr 2022 - 10:14 (Last updated: 21 May 2025 - 20:15)
tut

AĞ TUT. Ağ tutun meyvələri yaxşı qan əmələ gətirən vasitədir (onda dəmirin miqdarı çox olduğu üçün), maddələr mübadiləsinin normal hala düşməsinə kömək edir, zəif işlədicidir, tərlədici, sidikqovucu və bəlğəmgətirici təsirə malikdir.
Azərbaycanda ağ tutun bəkməzindən qaraciyər və qan azlığı xəstəliklərində geniş istifadə edilir. Yarpaqlarının çayı avitaminozda (qidada vitaminlərin azlığı nəticəsində törəyən xəstəlik) ümumi qüvvətləndirici kimi məsləhətdir. Müəyyən edilibdir ki, yarpaqlarından hazırlanan dərman şəkəri aşağı salmaq təsirinə malikdir.
Çin xalq təbabətində köklərinin qabığı hipertoniya xəstəliyində, bronxitdə və bronxil asmada istifadə edilir. Yarpaqlarından hazırlanan dərman hərarət salan, gövdəsinin qabığından hazırlanan isə yarasağaltma xassəsinə malikdir.

QARA TUTUN meyvələrində dəmirin miqdarı 6,5%-ə çatır. Ağ tut kimi istifadə edilir.
Gürcü xalq təbabətində qara tutun yetişməyən meyvələri isalda, yetişmiş meyvələrinin çayı tərlədici, sidikqovucu və zəif işlədici kimi istifadə edilir.
Şərq xalq təbabətində də tutun meyvələrindən, yarpaqlarından və köklərinin qabığından geniş istifadə edilir. Tutun yarpaqları hərarət salan, sakitləşdirici və iltihab əleyhinə vasitə kimi istifadə edilir. Gündəlik norma 100 q-dır.

Bronxiti müalicə etmək üçün tut ağacının köklərinin qabığından hazırlanan dərmandan istifadə edilir. Bu dərman aşağıdakı qaydada hazırlanır: tut ağacının köklərinin qabıqları ayrılır, onlara bal sürtüb hər iki üzü saralana qədər (əvvəl bir üzü qızardılır, sonra çevirib o biri üzünü qızardırlar) qızardılır. Qızardılmış qabıqlar xırda doğranır. Doğranmış bu məhsuldan 50 q götürüb dəm çaynikinə töküb üstünə 500 ml su əlavə edib yarısı qalana qədər bişirməli. Alınan dərmanın qəbul dozası aşağıdakı kimidir:

Bir yaşa qədər uşaqlara – 5 qr;

Bir-iki yaşında uşaqlar – 10 qr;

İki-üç yaşında uşaqlara – 15 qr;

Üç-dörd yaşında uşaqlara – 20 qr;

Beş yaşından yuxarı uşaqlara – 30 qr;

Bir-iki gündən sonra dərman öz təsirini göstərir, 5-7 gündən sonra isə xəstəliyin əlamətləri tamamilə aradan qalxır.

 

Ürək xəstəliklərində, şəkərli diabetdə və həddən artıq kökəlmədə (piylənmədə) tutun meyvələri məhdudiyyət qoyulmadan yeyilir. Bundan başqa bütün xəstəliklərdə tütün yarpaqlarından və köklərinin qabıqlarından da istifadə edilir.

İstifadəsi: Cavan yarpaqlarının və ya köklərinin qabıqlarının tozunu yeməyə (xörəklərə) səpirlər.

Çay: 3-5 qr. yarpağı 1 stəkan qaynar suda dəmlənir və gün ərzində qurtum-qurtum içilir. 3-5 qr. köklərinin qabıqları 1 stəkan qaynar su tökülərək bişirilir və gün ərzində içilir.

Ürək və ürək damar sistemi xəstəliklərində, təngənəfəslikdə qara tutun təzə meyvələri və ya meyvələrindən hazırlanmış şirə məhdudiyyət qoyulmadan qəbul edilir.

Maddələr mübadiləsinin pozulmasından piylənmədə xalq təbabəti tut yeməyi məsləhət görür.

Tut ağacının qabıqlarının və köklərinin arağı və ya cövhəri (çayı) hipertoniyanı müvəffəqiyyətlə müalicə edir. Cövhəri çay kimi hazırlanır və bal ilə məhdudiyyət qoyulmadan içilir.

 

Qanazlığında tutun meyvələri çox faydalıdır. Ən yaxşısı isə qara tutdur.

Orqanizm zəif, ürək xəstə, təzyiq aşağı olanda yayda tutun təzə meyvələri, qışda isə doşabı, mürəbbəsi, qurudulmasının kompotu istifadə edilir.

 

Soyuqdəymə xəstəliklərində tut yarpaqlarının qaynar çayı hərarəti aşağı salan vasitədir. Çay: 2-3 x.qaşığı tut yarpağı 1 stəkan qaynar suda 1 saat dəmlənir, bal əlavə edilib yeməkdən qabaq gündə 3 dəfə stəkan içilir.

 

Tut ağacının köklərinin qabıqları Çində şəkərli diabetin, vodyankanın və böyrəklərin gipofunksiyasının müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Tut ağacının köklərinin qabıqlarının 10%-li cövhərindən yeməkdən qabaq gündə 3-5 dəfə ½ stəkan içmək.

Qan təzyiqi və şəkər xəstəliklərində tut yemək faydalıdır. Qara tut qanı təmizləyir, qurudulmuş ağ tutu çörəyə qatıb yemək şəkər xəstəliyində məsləhətdir.

Mədə-bağırsaq xəstəliklərində acqarına hər gün 0,5 kq 10-15 gün ağ tut yemək faydalıdır.

Tut ağacının meyvələri görmə qabiliyyətini tam itirməmiş başlanğıc müalicə məqsədilə istifadə edilir.

Tut meyvəsi ilə daha çox qidalanmaq məsləhət görülür.

Post navigation

Previous: 165 yaşı olan fəhlə şalvarı hərracda 114 min dollara satılıb –
Next: ŞUŞADA SÜLHMƏRAMLILARA QARŞI ETİRAZ AKSİYASI KEÇİRİLİR –

Oxşar xəbərlər

Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16

xƏBƏR

beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi...
Read more about Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.